Murhaf Əbu Kasra keçid hökumətində Suriya Müdafiə Nazirliyinin rəhbəri təyin edilib.
"Unikal" xəbər verir ki, bu barədə "Suria" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, Müdafiə Nazirliyinin yeni rəhbəri həm də Əbu əl-Həsən əl-Həmavi ləqəbi ilə tanınır.
Suriyanın “Al Watan” nəşrinin məlumatına əsasən, Əbu Kəsra “Həyat Təhrir əş-Şam” qruplaşmasının hərbi qanadının komandiri vəzifəsində çalışıb.