"Tehran və Moskva yanvarın ortalarında hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalaya bilərlər".
"Unikal" xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.
Qeyd edək ki, bu gün Rusiya Federasiyası baş nazirinin müavinləri Aleksey Overçuk və Vitali Savelyevin başçılıq etdiyi Rusiya nümayəndə heyəti Tehrana gedib.
Səfər proqramına əsasən, İran prezidenti Məsud Pezeşkianla görüş nəzərdə tutulub.
Gülayə Mecid