"Yeni dövrün yeni hədəflərini müəyyənləşdirən cənab Prezidentin rəhbərliyi ilə strateji islahatlar yeni mərhələyə qədəm qoymaqdadır və müasir çağrışlara uyğun olaraq həyata keçirilir".
"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.O bildirib ki, Zəfərdən sonra işğaldan azad olunmuş ərazilərimizin bərpa və yenidənqurması üçün dövlət büdcəsindən 18 milyard manata yaxın vəsait ayrılıb:
"Artıq 10 min keçmiş məcburi köçkün öz doğma yurdlarına qayıdıb. 2026-cı ilin sonunadək Qarabağ və Şərqi Zəngəzurda 140 min vətəndaşımız məskunlaşacaq. Bu, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində formalaşmış fiskal güc və potensialdır".