“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

AZAL-dan "Unikal"a bildirilib ki, ilkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

***

11:05

Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Aktauda qəza enişi edərək yerə çırpılıb. 

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. 

Bildirilib ki, təyyarədə 67 nəfər olub.