Azərbaycan Basketbol Liqasında IX turun sabah keçirilməli olan "Şəki" - "Gəncə" və "Sumqayıt" - "Quba" oyunları matəm günü ilə bağlı təxirə salınıb.

"Unikal" xəbər verir ki, bu barədə Basketbol Federasiyasının məbuat xidməti məlumat yayıb.

2025-ci ildə keçirilməsi planlaşdırılan qarşılaşmaların dəqiq tarixləri sonra açıqlanacaq.

Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub.

Son məlumata görə, 32 nəfər sağdır.