Sumqayıtda anası vurduğu iynədən şoka düşən 30 yaşlı kişi ölüb.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Qurbanov Murad Məlik oğluna evdə anasının vurduğu antibiotikdən öldüyü bildirilir.

Meyit aidiyyəti üzrə təhvil verilib, fakt araşdırılır.