Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin rəhbəri Çingiz Arinov Aktauya gedib. 

"Unikal" xəbər verir ki, Qazaxıstan FHN-nin mətbuat xidmətindən verilən məlumata görə, xilasetmə işlərinə 482 nəfər, 97 texnika, 2 təyyarə və 4 kinoloji briqada cəlb olunub.

Hadisə nəticəsində 3-ü uşaq olmaqla yaralanan 29 nəfər xəstəxanaya yerləşdirilib.

Bunlardan: 15-i Azərbaycan, 9-u Rusiya, 2-si Qırğızıstan vətəndaşıdır, 3 nəfərin vətəndaşlığı dəqiqləşdirilir.

Tüpkaraqan rayon akiliyinin əmri ilə yerli fövqəladə vəziyyət tətbiq edilib.