Xəbər verdiyimiz kimi, bu gün Qazaxıstanda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə 5 ekipaj üzvü olub. 

"Unikal"ın məlumatına görə, onlardan biri də qəzadan əvvəl sərnişinləri sakitləşdirməyə çalışan stüardessa - 1991-ci il təvəllüdlü Hökumə Əliyevadır.

O, BDU-nun Hüquq fakültəsinin magistratura pilləsini bitirib, ailəlidir, övladı yoxdur. O, 2016-cı ildən stüardessa kimi çalışır.

Hökumənin adı sağ qalanlar arasında qeydə alınmayıb.