“Qəzaya uğrayan təyyarə ölkəmizin hava məkanına yerli vaxtla 11:02-də daxil olub, 28 dəqiqə sonra isə hava gəmisi ilə əlaqə itib”.

"Unikal" xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev deyib. Qeyd edib ki, ekipajla əlaqə saat 11:28-də kəsilib və artıq 11:37-də təyyarə yerə çırpılıb.

Onun sözlərinə görə, əlaqə kəsilməzdən əvvəl təyyarə hava limanı yaxınlığında iki dəfə dövrə vurub, üçüncüdə isə yerə çırpılıb.