Rosaviasiya Aktauda qəzaya uğrayan təyyarənin bəzi təfərrüatlarını açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Qurumun məlumatına görə, 25 dekabr 2024-cü il tarixində saat 12:30 radələrində Xəzər dənizinin şərq sahili ərazisində, Azərbaycanın AZAL aviaşirkətinə məxsus “Embraer 190” təyyarəsi Aktau hava limanına eniş edərkən yerə çırpılıb: "Daşıyıcı Bakıdan Qroznıya uçuş həyata keçirirdi. Quşlarla toqquşduqdan sonra təyyarənin göyərtəsində yaranmış fövqəladə vəziyyət səbəbindən onun kapitanı alternativ aerodroma getmək qərarına gəlib".
Həmçinin qeyd edilir ki, Rosaviasiya AZAL daşıyıcısı, Azərbaycan və Qazaxıstanın aviasiya hakimiyyətləri ilə əlaqə saxlayır.
Ağarza Elçinoğlu