Azərbaycandan xüsusi nümayəndə heyəti Aktauya gedib.
"Unikal" xəbər verir ki, təyyarə qəzası ilə əlaqədar fövqəladə hallar naziri Kəmaləddin Heydərov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Manqistau vilayətinə çatıblar.
Manqistau vilayətinin rəhbəri Nurdaudet Kilybay və Azərbaycan hökumətinin nümayəndələri xilasetmə əməliyyatı çərçivəsində həyata keçiriləcək tədbirləri işləyib hazırlayıblar.
Qeyd edək ki, bundan əvvəl baş vermiş hadisəni yerində araşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yollanmışdılar.
Ağarza Elçinoğlu