Qazaxıstanın Aktau şəhərində təyyarə qəzası nəticəsində xəsarət alan iki qız regional uşaq xəstəxanasında əməliyyat olunacaq.

"Unikal" xəbər verir ki, bu barədə Sputnik Qazaxıstan yazır. 

"11 yaşlı qızda qapalı kəllə-beyin zədəsi, çanaq sümüklərinin sınığı ola bilər. 16 yaşlı qızın beyni silkələnib və baldır sümüyünün yerdəyişmiş açıq sınığı var", - mənbə bildirib.

Nəşr dəqiqləşdirir ki, hazırda təyyarə qəzasında yaralanan 11 nəfər Manqistau xəstəxanasının reanimasiya şöbəsindədir.

Gülayə Mecid