Suriyanın Sednaya həbsxanasında məhbusların mühakimə olunduğu məhkəmələrə rəhbərlik edən general-mayor Məhəmməd Kanco Həsən yeni administrasiyanın silahlı qüvvələri tərəfindən tutularaq həbs edilib.
"Unikal" xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
Bildirilir ki, Həsən Tartusda keçirilən əməliyyat zamanı saxlanılıb. Həbs edilən generalın son görüntüləri də sosial şəbəkədə paylaşılıb.
Gülayə Mecid