AZAL-a məxsus Qroznıya uçan təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı Çeçenistanda matəm elan olunub.

Bu barədə “Unikal" “RİA Novosti”yə istinadən xəbər verir.

Çeçenistan hakimiyyəti qəza ilə bağlı dekabrın 28-ni matəm günü elan edib. 

Rusiya mətbuatı bu barədə respublika başçısı Ramzan Kadırovun sərəncamına istinadən xəbər yayıb.