İrlandiya Xarici İşlər Nazirliyi dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

"Unikal" xəbər verir ki, bu barədə nazirliyin "X" səhifəsində yazılıb.

"Azərbaycan Hava Yolları"na məxsus təyyarənin Qazaxıstanda faciəvi şəkildə qəzaya uğraması bizi kədərləndirdi. Yaxınlarını itirən hər kəsə dərin hüznlə başsağlığı veririk. Fikirlərimiz həlak olanların ailələri və yaxınları ilədir", - paylaşımda bildirilib.