Xaçmaz rayonunun 4-cü şöbə yaşayış massivində yerləşən mineral su hovuzunda ölüm qeydə alınıb.

"Unikal"ın Şimal bürosunun məlumatına görə,  müalicə məqsədilə hovuzda dincələn 1948 - ci il təvəllüdlü Myakuş Vladimir Aleksandr oğlu qəfil huşunu itirib. Yaxınlıqdakı insanların köməyi ilə hovuzdan çıxarılan V.Myakuşun öldüyü məlum olub. 

Onun meyidi Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon Şöbəsinə göndərilib. 

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca