Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, tədbirlərlə Sahib Abbasov, İlqar Şirinov və Nicat Cəfərov saxlanılıblar. Onlardan ümumilikdə 6 kiloqram marixuana, heroin və metamfetamin aşkar olunub. 

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.

Ümumilikdə isə cari il ərzində Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 106 kiloqram narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.