Ukrayna ABŞ və Dünya Bankından "PEACE in Ukraine" investisiya layihəsi çərçivəsində 485 milyon dollar alıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal "Telegram" kanalında bildirib.
Qeyd olunur ki, ayrılmış vəsait dövlət büdcəsinin sosial və humanitar xərclərinin kompensasiyasına yönəldiləcək.