Ermənistan hakimiyyəti Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğramasından sonra Rusiyaya mülki aviareysləri ləğv etməyi planlaşdırmır.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan "İnterfaks"a bildirib.

Ermənistan aviaşirkətlərinin nümayəndələri bildiriblər ki, respublikadan Rusiyaya uçuşların yerinə yetirilməsində heç bir dəyişiklik yoxdur, bütün uçuşlar qrafikə uyğun həyata keçirilir.