Yaponiyanın Honsyu adasının sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, zəlzələnin episentri Fukusima prefekturasına ən yaxın ərazidə, ocağı isə 40 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan edilməyib.

Filippin sahillərində də 5,7 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 8,8 min nəfərin yaşadığı Dapa (Siarqao adaları) bələdiyyəsindən 30 km cənub-şərqdə olub. Zəlzələ ocağı 41 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.