"London Şimal dənizində neft və qaz hasilatından imtina etməyi planlaşdırmaqla çox böyük səhvə yol verir". 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb. 

"Britaniya çox böyük səhv edir. Şimal dənizini açın. Yel dəyirmanlarından əl çəkin!" - Amerika liderinin mesajında ​​deyilir.