Almaniyanın şimalında yük maşını körpüyə çırpılıb. 

"Unikal" DPA-ya istinadən xəbər verir ki, qəza yanvarın 6-da səhər saatlarında Stapelfeld kəndi yaxınlığında baş verib.

Yerli polisin məlumatına görə, qəzanın ilkin səbəbi yük maşınının təkərinin partlamasıdır. Qəza nəticəsində daha 5 avtomobilə də ziyan dəyib. Ümumilikdə 18 nəfər yaralanıb. 

Magistral yolda hər iki istiqamətdə avtomobillərin hərəkəti tamamilə bağlanıb.