ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın baş naziri Castin Trüdonun gözlənilən istefasını elan etməsindən sonra ölkəsini 51-ci ştat olaraq ABŞ-a qoşulmağa dəvət edib.
"Unikal" xəbər verir ki, bu barədə Tramp özünün TRUTH sosial şəbəkəsində yazıb.
“Bir çox kanadalılar 51-ci ştat olmaq fikrini bəyənirlər. ABŞ Kanadanı ayaqda saxlayan böyük ticarət kəsirlərinə və subsidiyalara artıq dözə bilməz. Castin Trüdo bunu başa düşdü və buna görə də istefa verdi” deyə o yazıb.
Trampın sözlərinə görə, bu birləşmə ticarət tariflərini ləğv edəcək, vergiləri azaldacaq və Ottavaya onları daim mühasirəyə alan Çin və Rusiya gəmilərinin təhdidlərindən tam təhlükəsizliyə zəmanət verəcək.
"Birlikdə böyük bir millət olardıq!" – deyə Tramp yekunlaşdırıb.