ABŞ Konqresi birgə iclasında ölkədə 2024-cü il noyabrın 5-də respublikaçı Donald Trampın qalib gəldiyi prezident seçkilərinin nəticələrini təsdiqləyib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, qanunverici orqanın hər iki palatasının birgə iclasına Senatın konstitusiya rəhbəri olan ABŞ-ın vitse-prezidenti Kamala Harris sədrlik edib. O, ən yüksək hökumət postu uğrunda mübarizədə Trampın rəqibi olub.
İclasda bütün 50 ştat və Kolumbiya dairəsi tərəfindən hazırlanmış təsdiq edilmiş səs yekunları oxunub. Bu Seçkilər Kollegiyasının bülletenləri yığıncaqda iki qırmızı qutuda təqdim edilib. Hər bir ştatın sənədləri əlifba sırası ilə xüsusi təyin olunmuş qanunvericilər tərəfindən oxunub.
ABŞ-nin yeni seçilmiş vitse-prezidenti Ceyms Devid Vens zalda olsa da, Tramp iclasa iştirak etməyib.