ABŞ-də şiddətli qış fırtınası səbəbindən 2500-ə yaxın reys təxirə salınıb və ya ləngiyib.
"Unikal" xəbər verir ki, bu barədə Amerika mətbuatı məlumat dərc edib.
"Fəlakət son on ildə ölkənin mərkəzi hissəsindən şərq sahillərinə qədər olan ərazini əhatə edə bilər. Kanzas və Missuri ştatlarında qar örtüyünün hündürlüyü artıq 35 santimetri keçib, Yuta dağlarında isə qar uçqunu halları qeydə alınıb", - mətbuatda qeyd olunub.