ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi elçisi Keyt Kelloq Ukraynaya səfərini yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasiminə qədər təxirə salıb.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən yazır.
"Trampın Ukrayna üzrə yeni xüsusi nümayəndəsi Kiyevə və digər Avropa paytaxtlarına faktaraşdırıcı səfərini təxirə salıb", - agentliyin açıqlamasında deyilir.
Qeyd olunur ki, Trampın Ukrayna və Rusiya üzrə gələcək xüsusi nümayəndəsi Kelloq ilkin olaraq yanvarın əvvəlində Ukrayna liderləri ilə görüşmək üçün Kiyevə səfər etməyi planlaşdırıb.
Səfərin naməlum səbəblərdən təxirə salındığı qeyd olunur.
Gülayə Mecid