Səudiyyə Ərəbistanı Məkkə və Mədinədə kəskin hava şəraiti ilə üzləşib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, güclü yağış daşqınlara, toz fırtınalarına və doluya səbəb olub.
"Vəziyyət təhlükəlidir və hakimiyyət orqanları ictimai təhlükəsizliyi təmin etmək üçün yüksək hazırlıq vəziyyətindədir", - KİV qeyd edib.
Bildirilir ki, ekstremal hava müqəddəs şəhərlərdə ciddi fəsadlar törədib. Yolları su basıb, gediş-gəliş çətinləşib. Toz fırtınaları görmə qabiliyyətini azaldır, sakinlərin və ziyarətçilərin üzləşdiyi çətinlikləri artırır.
Səlahiyyətlilər əhaliyə xəbərdarlıq edərək insanlara evdə qalmağı və lazımsız səyahətlərdən çəkinməyi tövsiyə edib.