Dövlətə xəyanətdə ittiham olunan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
"Unikal" xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Hicran Həsənov 18 il, Nadim Mehdiyev 16 il 6 ay, Şəmsi Qasımov 15 il, Dağıstan Hüseynov 9 il, Elməddin Ağayev 7 il, Ağasif Ağayev 7 il müddətinə azadlıqdan məhrum olunub.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham elan edilib.