Ermənistanda Artik həbsxanasında məhbus asılmış vəziyyətdə tapılıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyinin məlumatında deyilir.
Penitensiar qurumdan verilən məlumata görə, 1997-ci il təvəlüldlü A.X. adlı şəxs asılmış vəziyyətdə bu gün saat 02:10-da tapılıb.
Hadisə yerinə gələn təcili tibbi yardım briqadası onun öldüyünü təsdiqləyib. Digər təfərrüatlar verilməyib.