ABŞ hökuməti Venesuela prezidenti Nikolas Maduronun andiçmə mərasimini tanımayıb və onun həbsi üçün mükafatı 25 milyon dollara çatdırıb.
"Unikal" xəbər verir ki, bu barədə Amerika administrasiyasının yüksək rütbəli nümayəndəsi deyib.
"Biz Nikolas Maduro və Daxili İşlər, Ədliyyə və Sülh Naziri Diosdado Kabelonun həbsi üçün mükafatı 25 milyon dollara qədər artırırıq. Bundan əlavə, müdafiə naziri Vladimir Padrinonun həbsinə və məhkum edilməsinə səbəb olan məlumat üçün yeni 15 milyon dollar mükafat əlavə edirik", - deyə nümayəndə bildirib.