İran səfiri Məhəmməd Amin Necad Fransa vətəndaşlarının İslam Respublikasında saxlanılması ilə əlaqədar Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.

"Unikal" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Nazirlikdən bildirilib ki, saxlanılan vətəndaşlar İran İslam Respublikası dövlətinin girovlarıdır.

Agentlik həmçinin Fransa vətəndaşlarını İrana səfərlərdən çəkinməyə çağırıb.