Mokvada fitnes klubunun müştərisi saunada 40 dəqiqə qaldıqdan sonra ürəyi dayanıb.

"Unikal" Rusiya mediasına istinadən xəbər verir ki, fitnes klubun daimi müştərisi olan 45 yaşlı kişinin 40 dəqiqə saunada tərpənmədən uzanması digər müştəriləri şübhələndirib. 

40 dəqiqədən sonra başqa bir müştəri fitnes klubunun əməkdaşlarına yaxınlaşaraq saunada oturan şəxsin uzun müddətdir bədən mövqeyini dəyişmədiyini bildirib. Hadisə yerinə həkimlər çağırılıb, lakin onlar həmin şəxsə kömək edə bilməyiblər. Kameralardan məlum olub ki, o, həmin gün özünü yaxşı hiss etməyib və buxar otağına girməzdən əvvəl divanda əyləşib. Bir neçə nəfər kişi ilə ünsiyyət qurmaq istəsə də, onun sərxoş olduğuna və təhlükəli ola biləcəyinə qərar verərək, dərhal saunanı tərk ediblər.