"Ermənistan KTMT tədbirlərində iştirak etmir, amma ədalət naminə qeyd etmək istəyirəm ki, İrəvan qərarların qəbuluna da mane olmur. Ona görə də təşkilat işləyir və fəaliyyət göstərir".
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
O, həmçinin əlavə edib ki, Ermənistanla Rusiya arasında münasibətlər aydın deyil.
Rusiyanın xarici işlər naziri onu da qeyd edib ki, hələ 2022-ci ilin payızında sərhəddə (Ermənistan-Azərbaycan) çəkindirici rol oynamaq üçün KTMT müşahidə missiyasının göndərilməsi barədə razılıq əldə olunub. Lakin o zaman erməni tərəfdaşlar təşkilatın sentyabr döyüşləri zamanı onların sərhədlərini qorumadığını əsas gətirərək bundan imtina ediblər: "Prezident Putin dəfələrlə bu mövzuya toxunub. Demarkasiya olunmuş sərhəd yox idi, üstəlik, heç vaxt demarkasiya olmayıb. Bəli, o vaxt da belə atışmalar olub, lakin KTMT missiyasından imtina etmək həm də Ermənistanın suveren qərarı idi".
Ağarza Elçinoğlu