ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Co Vilson ABŞ-nin seçilmiş prezidenti Donald Trampın Qafqaza sülh gətirəcəyi ilə bağlı fikir bildirib. 

"Unikal" xəbər verir ki, bu barədə o, özünün "X" hesabında yazıb. 

Onun sözlərinə görə, Donald Tramp Yaxın Şərqə sülh gətirdiyi kimi, Qafqazda da eyni şeyi edəcək: "Bizim Qafqazı ümumbəşəri sülh və rifah əsasında yenidən gücləndirmək imkanımız var. Bunun üçün bizə Azərbaycan və Ermənistan xalqları arasında sülh müqaviləsi lazımdır. Donald Tramp Yaxın Şərqə sülh gətirdiyi kimi, onun Qafqazda da eyni şeyi edəcəyini bilirəm". 

Ağarza Elçinoğlu