Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov və agentliyin kollektivi 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət ediblər.
"Unikal" xəbər verir ki, onlar şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyublar, ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini hörmət və ehtiramla yad ediblər.
Foto: Ayxan Məlikov