"2024-cü ildə ABŞ-nin Ermənistana birtərəfli dəstək faktlarını görürük".
"Unikal" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında danışıb.
Nazir ABŞ-nin Ermənistana dəstəyi barədə bəhs edərək iki ölkə arasındakı münasibətləri şərh etmək istəmədiyini vurğulayıb.
"Amma 2024-cü ildə biz Ermənistana birtərəfli dəstək faktları gördük. Özlərini vasitəçi kimi təqdim edən tərəflərin qərəzli yanaşması qəbuledilməzdir. ABŞ-nin Demokratlar administrasiyasının davranışında biz bunları müşahidə etmişik", - nazir qeyd edib.