Kolumbiyada silahlı üsyançı təşkilat Milli Azadlıq Ordusu (ELN) ilə keçmiş Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələri (FARC) 33-cü cəbhəsi arasında baş verən toqquşmalarda 80 nəfər ölüb.
"Unikal" xəbər verir ki, bu barədə Kolumbiya prezidenti Qustavo Petro məlumat yayıb.
Onun sözlərinə görə, hökumət qarşıdurmanın səbəblərini aradan qaldırmaq üçün bütün lazımi səlahiyyətləri həyata keçirir.
***12:18
Kolumbiya prezidenti Qustavo Petro respublikanın şimalında silahlı qruplar arasında toqquşmalarla əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.
"Unikal" xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.
"Daxili qarışıqlıq və iqtisadi sahədə fövqəladə vəziyyətlə əlaqədar xüsusi vəziyyət elan edilib. Ümid edirəm ki, ədliyyə sistemi bizə dəstək verəcək”, - Petro qeyd edib.