Bələdiyyə seçkilərində ilk dəfə səs verəcək seçicilərin sayı 29 min 172 nəfərdir.
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov deyib.
Q qeyd edib ki, seçki günü - yanvarın 29-da 153 şəxsin 18 yaşı tamam olur və onlar məhz həmin gün səsvermə hüququ əldə edəcəklər.