Kartalkaya dağ-xizək kurortunda hoteldə baş verən yanğın nəticəsində ölənlərin sayı 79-a çatıb.
"Unikal" xəbər verir ki, 3 nəfər müalicə olunduğu xəstəxanada həyatını itirib.
Hadisə ilə bağlı ümumilikdə 11 nəfər saxlanılıb.
Xatırladaq ki, Türkiyədə oteldə yanğın yanvarın 21-nə keçən gecə baş verib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 22-ni milli matəm günü elan edib.