Qazaxıstan AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğramasından əvvəl ekipaj və dispetçerlər arasında deşifrə edildiyi iddia edilən söhbətlərin internetə sızmasına münasibət bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev 2025-ci il yanvarın 24-də hökumətin keçirdiyi brifinqdə açıqlayıb.
Onun sözlərinə görə, dekodlaşdırmada Qazaxıstandan olan mütəxəssislərlə yanaşı, Azərbaycan, Rusiya və Braziliyadan olan mütəxəssislər də iştirak ediblər: "Mən internetə sızan səs yazılarına qulaq və hesab edirəm ki, ekipaj üzvləri arasında heç bir əlaqə olmadığı üçün bu, daha çox yerüstü danışıqlara bənzəyir. Qara qutular kapitan, pilot və ekipaj üzvləri arasında olan bütün danışıqları qeyd edir. Burada isə bir az daha çox idi. Buna əsaslanaraq anladım ki, internetə sızan məlumat bizim istintaq qrupunun deyil".
Jurnalistlər Bozumbayevdən məlumatları kimin sızdırdığını axtarmaq fikrində olub-olmamasını da soruşublar: "Əgər biz bunu qara qutunun transkriptlərinin sızması hesab etmiriksə, niyə mənbə axtarmalıyıq? Onun internetdə dərc edilməsi, əmin səs yazılarının doğru olduğu anlamına gəlmir".
Ağarza Elçinoğlu