Rusiya ABŞ prezidenti Donald Trampla danışıqlar aparmaqda maraqlıdır.

"Unikal" xəbər verir ki, müvafiq açıqlamanı Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Putin hazırdır, siqnalları gözləyirik", – Peskov qeyd edib.

O, həmçinin tərəflər arasında təmaslara dair razılıq əldə olunarsa, jurnalistləri məlumatlandıracağına söz verib.

Gülayə Mecid