İş adamı və "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyanın oğlu Nver Tsarukyan beynəlxalq axtarışa verilib.
"Unikal" Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə cinayət işinin materiallarını məhkəməyə təhvil verən Baş Prokurorluqdan bildirilib.
Nver Tsarukyan hələ 2024-cü ilin oktyabrında kurort şəhəri Tsaqkadzorda kazinoların birində Nver Tsarukyan, onun mühafizəçiləri və müəssisənin əməkdaşları arasında münaqişə baş verib, atəş açılıb. Daha sonra iş adamının oğlu gizlənib.
Faktla bağlı “xuliqanlıq” və “bir qrup şəxs tərəfindən quldurluq” maddələri ilə iş açılıb. Nver Tsarukyan qiyabi həbs edilib.