Fələstin HƏMAS hərəkatının hərbi qanadı olan Qəssam Briqadaları şənbə günü daha dörd israilli girovu azad edəcəklərini  bəyan edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Əl-Qəssam Briqadaları şənbə günü Karina Ariyev, Daniel Gilboa, Naama Levi və Liri Elbaq adlı qadın əsgərləri azad ediləcəklər.

Fələstinin Qəzza zolağında münaqişə tərəfləri - İsrail və HƏMAS hərəkatı Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə yanvarın 19-dan 42 gün müddətinə atəşkəs haqqında razılığa gəliblər və münaqişənin yekun olaraq sona çatması istəklərini bəyan ediblər. 46 min fələstinlinin və 1500 israillinin həyatına son qoyan hərbi əməliyyatlar Livan və Yəmənə də yayılıb.

Bu, ikinci atəşkəsdir. Birinci atəşkəs 2023-cü ilin noyabrında bağlanıb və cəmi altı gün davam edib.