Çilidə 5,5 bal gücündə zəlzələ olub.

"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Perunun 280 minə yaxın insanın yaşadığı Takna şəhərindən 107 kilometr şərqdə yerləşib. Zəlzələ ocağı 140 kilometr dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.