Konyanın Səlcuqlu rayonunda 3 mərtəbəli bina çöküb.
"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, dağıntılar altında insanlar qalıb. Onlardan 2 nəfər yaralı halda xilas edilib.
Hadisə yerinə çoxlu sayda xilasedici qruplar göndərilib.
Axtarış-xilasetmə işləri davam etdirilir.