ABŞ prezidenti Donald Tramp ik xarici səfərini edə biləcəyi ölkələri açıqlayıb. 

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri jurnalistlərə açıqlamasında vəzifəyə gəldikdən sonra ilk xarici səfərini Səudiyyə Ərəbistanı və ya Böyük Britaniyaya edə biləcəyini deyib. 

"Bu, Səudiyyə Ərəbistanı ola bilər, Böyük Britaniya da ola bilər. Ənənəvi olaraq, Böyük Britaniya da ola bilər. Sonuncu dəfə Səudiyyə Ərəbistanına ABŞ-dən 450 milyard dollarlıq mal almağa razılıq vermələri ilə bağlı getmişdim", - deyə Tramp qeyd edib.