Şimali Koreya gəmidən atıla bilən yeni ballistik raketləri sınaqdan keçirib.
"Unikal" xəbər verir ki, bu barədə rəsmi Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb. Bildirilir ki, raketlər müəyyən edilmiş hədəfləri dəqiqliklə vurub.
Raket sınağında iştirak edən KXDR lideri Kim Çen In bildirib ki, ölkənin silahlı qüvvələrinin təsir radiusu genişlənib.