Türkiyənin "Grand Kartal" dağ рotelinin sahibi Halit Ergül binada dağıdıcı yanğına səbəb olan qaz partlayışında işçilərini günahlandırıb.
"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, Ergülün sözlərinə görə, yanğına görə hotel məsləhətçiləri, elektrikçiləri, hotelin mühafizəçiləri və hotelin aşpazı günahkardır.
Qeyd edək ki, Ergüllə bərabər 79 nəfərin ölümünə səbəb olan yanğına görə 15 nəfər saxlanılıb. Onları 15 ilədək həbs gözləyir.