Rostov-na-Donuda 1 saylı istintaq təcridxanasının inzibati binasında yanğın baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Federal Penitensiar Xidmətinin Rostov vilayəti üzrə nümayəndəsi məlumat yayıb.
Məlumata görə, alov təxminən 5 kvadratmetr sahəsi olan inzibati binanı bürüyüb. Yanğın qurumun yanğınsöndürənləri tərəfindən söndürülüb.
"Xəsarət alan olmayıb, təcridxana normal rejimdə işləyir", - məlumatda qeyd olunub.