Fələstinin HƏMAS hərəkatı ABŞ hakimiyyəti ilə dialoq aparmağa hazırdır.
"Unikal" xəbər verir ki, bu barədə HƏMAS Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuk “Al Arabiya” telekanalına bildirib.
"Biz ABŞ ilə dialoqa hazırıq. ABŞ Prezidenti Donald Tramp ciddi prezidentdir”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steven Vitkoff olmasaydı, Qəzza razılaşması əldə olunmazdı.
"HƏMAS rəhbərliyinin mövqeyi İsraildən başqa bütün tərəflərlə dialoqa açıq olmaqdır", - Əbu Mərzuk vurğulayıb.